22 Oktyabr 2024

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Media1.az xəbər verir ki, bu barədə Türkiyə liderinin dəftərxanasından məlumat verilib.

Məlumata görə, danışıqlar zamanı ikitərəfli əlaqələr diqqət mərkəzində olub.

“Danışıqlar zamanı regional mövzular və Türkiyə-Ukrayna münasibətlərini yaxşılaşdıracaq məsələlər müzakirə olunub”, – administrasiyada qeyd edilib.