23 Dekabr 2024

Türkiyə Cümhuriyyətinin qurulmasından 100 il ötür

Bu gün Türkiyə Respublikasının qurulmasının 100 illiyidir.

Musavat.com xəbər verir ki,  1923-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib.

İki il sonra – 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub.

Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə Cümhuriyyətinin yaradılması Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir.

Türkiyə Cümhuriyyətinin ərazisi 783 min kv. km-dir. Hazırda Türkiyənin əhalisi 86 milyondan çoxdur.

Yeri gəlmişkən qeyd edək ki, Osmanlı dövləti 1299-cu ildə qurulub. 2019-cu ildə bu dövlətin qurulmasının 720-ci ildönümü qeyd olunub.

1876-cı ilədək ölkə mütləq monarxiya, 1876-1878-ci illər və 1908-1918-ci illərdə isə konstitusiyalı monarxiya üsulu ilə idarə edilib. Həmin illərdə ölkə parlament üsul-idarəsi sisteminə keçmişdi.

“Yeni Müsavat” Media Qrupu bütün Türklərin Cümhuriyyətinin 100-cü il dönümünü təbrik edir və Türkiyənin böyüyərək Turan olacağına, bu günlərin isə çox da uzaqda olmadığına əminliyini ifadə edir.

WhatsApp Image 2023-10-29 at 11.25.00.jpeg (140 KB)