Türk ordusuna qarşı mövqe tutdular – Rus qırıcılarına xəbərdarlıq edildi

Türkiyənin mümkün hərbi əməliyyatı öncəsi Suriyada kritik gəlişmələr gedir. Rejim qüvvələri Ayn İsaya 150 canlı qüvvə göndərdiyi vaxtda YPG terror təşkilatı Təl-Təmirdəkı hərbi varlığını artırıb.
Media1.az xəbər verir ki, Əsəd rejimi Raqqanın şimalı və Fərat çayının şərqində yerləşən Ayn İsaya 150-dən çox canlı qüvvə daşıyan 3 avtobus göndərib.
Bu gəlişmə Türkiyənin əməliyyat üçün verdiyi mesajdan və bunun ardınca Rusiya və YPG qüvvələrinin bölgədəki hərbi varlığını gücləndirmək üçün addımlarından sonra baş verib.
Məlumata görə, PKK/PYD terror təşkilatı Təl-Təmir və Əbu Rasin bölgələrinə qısa, orta və uzaqmənzilli artilleriya vasitələri, raket atan qurğular, ağır pulemyotlar və çox sayda yaraqlı göndərib.
PYD-nin Türkiyənin əməliyyatına qarşı hazırlığını artırdığı və döyüş mövqeyi tutduğu bildirilib.
Bu arada, dünən Təl-Təmir bölgəsində yerləşən ABŞ qüvvələri hava məkanını pozan Rusiya təyyarələrinə xəbərdarlıq olaraq fişənglər atıb.
Türkiyə Silahlı Qüvvələrinin Hələbin şərqindəki Ayn əl-Ərəb və Rəsulayna çox sayda hərbi qüvvə göndərdiyi də məlumatlar arasındadır.
Türkiyə ordusunun Suriyada iki istiqamətdə irimiqyaslı antiterror əməliyyatına başlayacağı iddia olunur.