22 İyun 2025

Tərtərdə Xocalı soyqırımının ildönümü ilə əlaqədar olaraq tədbir keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin və Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq “Xocalı soyqırımı – qan yaddaşımızın fəryadı” adlı tədbir keçirilib.
Tədbir Xocalı şəhidlərinin və onların timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutu ilə başlayıb.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova çıxış edərək bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın Ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımı haqqında qeyd etmişdir ki, “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”
Bundan başqa mərkəzin əməkdaşları və GİKM-in Tərtər nümayəndəliyinin könüllüləri də Xocalı faciəsi ilə bağlı fikirlərini səsləndirib.