Tərtərdə Novruz bayramı ilə əlaqədar olaraq yarış keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin təşkilatçılığı ilə Novruz bayramına həsr edilmiş “Novruz yarışı” adlı intellektual yarışı keçirilib.
Yarışda rayon və kənd məktəblərinin komandaları, habelə GİKM-in Tərtər nümayəndəliyinin komandası iştirak edib.
Yarışın qalibi Tərtər rayon 6 saylı tam orta məktəbin “Mübariz” komandası olub.
Sonda qalib komandanın gəncləri diplomlarla təltif olunub.


