23 Dekabr 2024

Terrorçu Ermənistan «çoban», «çilingər» oyunlarına son qoymalıdır

İnsanlara ölüm, bəla gətirən, şər qüvvələr olan iblis, şeytan sözünün sinonimi erməni kəlməsidir. Mərhəmətin ən ülvi, müqəddəs dəyər olduğunu unudan daşnaklar ayaqları dəyən hər yerə qan, ölüm gətirirlər. Nağıllardan tanıdığımız ən zalim hökmdarlar edam məqamında belə qadınların, ağbirçəklərin istəklərinə hörmətlə yanaşmışlar. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin «Sultan Səncər və qarı» şeirində hökmdarı haqqa çağıran Azərbaycan qadınının obrazı, hikmətli sözləri insanlığa verilən dəyərdir. Amma terrorçu yetişdirən erməni harsınları öləndə « miatsum», axçikləri « Acından ölərik, Azərbaycan qazı ilə xörək bişirmərik» deyirlər. Övladlarını bütün insanlara nifrət ruhunda böyüdən belələrinə qadın demək ən müqəddəs duyğu olan analıq adına haqsızlıqdır. Əsrlərdən bəri bu əqidə ilə yaşayan daşnak tör-töküntülərini, Türkiyədə və Azərbaycanda terrorları, hərbi cinayətləri, faciələri törədənləri, Xocalı soyqırımında öldürülən 613 nəfərin qatillərini də erməni qadınları yetişdirmişlər.

Bir ailənin üzvü kimi yaşadığımız sovetlər dönəmində hər kəsin erməni qonşusu, tanışı olub. Uşaqları bir yerdə oynayıb, məktəblərdə birgə oxuyublar. O zaman erməni analarının dığalarına dedikləri « Türk uşaqları ilə savaşanda ancaq başlarından vurun» sözlərini heç vaxt unutmarıq. Belə ruhda böyüyən ermənilərin ötən əsrdə törətdikləri vəhşilikləri dahi, romantik Azərbaycan şairi Hüseyn Cavidin «Bir fəzilətsə öldürüb-ölmək, canavar bizdən əşrəf olsa gərək» sözləri erməni xislətinə daha uyğundur. Çünki 30 ildə işğal altında saxladıqları torpaqlarda azərbaycanlılara qarşı cinayətlər, terrorlar törədən ermənilər canavardan betər qana həris vəhşidirlər. Qana susayan, 44 gün davam edən İkinci Qarabağ müharibəsində məğlub olsalar belə, Azərbaycan ərazilərində təxribatlar törətməkdə davam edən ermənilərə yalnız bu ad yaraşır. Şeytan kimi cildlərini dəyişərək dondan-dona girən, qapıdan qovulsalar da bacadan girən ermənilərin həyasızlığı «Bizim Cəbiş müəllim» filmində ağbirçək qadının cücələri yeyən siçovulu yandırmaq istəyən uşaqlara dediyi sözə bənzəyir. Qadın deyir ki, müharibə olur, hər yan dağılır, bu siçovulların kökü kəsilmir. Eyni ermənilər kimi. Gah « ağlı kəm» kimi təqdim olunan, sərhədlərimizdəki postlarımıza qumbara ataraq əsgərlərimizi yaralayan, bəzən də « yolunu azan çoban», «su borusunu təmir etməklə məşğul olan çilingər» adlandırılan ermənilərin, terrorçu, təxribatçı hayların məkrli siması dəyişsə də ermənizmin mahiyyəti eynidir: Qan tökmək, başqalarının ölümünə sevinmək.

Şuşa yaxınlığındakı posta qumbara atan və 3 Azərbaycan əsgərini yaralayan erməni təxribatçı törətdiyi cinayət üçün nəinki istintaqa cəlb edilmədi, hətta Birinci Qarabağ döyüşlərində onlarla azərbaycanlını vəhşicəsinə qətlə yetirən, günahsız insanlara işgəncələr verən ASALA terrorçusu Monte Melkonyan kimi təntənə ilə qarşılandı. Sərhədi keçdiyi üçün Azərbaycan əsgərinin «dayan» xəbərdarlığına baxmayaraq hərbçimizə hücum etdiyi üçün zərərsizləşdirilən dığalarına haqq qazandıran, təxribatçını müdafiə edən Ermənistan məsələnin əsl mahiyyətindən yayınaraq terror cəhdini ört-basdır edir. Bir neçə dəfə edilən müraciətlərə baxmayaraq bu günə qədər əsir aldıqları azərbaycanlılar haqqında məlumat verməyi belə « lazım bilməyən» Ermənistandan fərqli olaraq Azərbaycan erməni hərbçilərini, sıravi vətəndaşlarını qarşı tərəfə təhvil verir. İkinci Qarabağ döyüşlərində belə müharibə qaydalarına humanizm prinsipləri əsasında əməl edən Azərbaycan əsgərinin işğaldan azad edilmiş ərazilərdə yaxınları tərəfindən tərk edilmiş yaşlı ermənilərə göstərdikləri yardımlar dünya ictimaiyyətinin dəstəklədiyi tolerantlıq nümunəsidir. İşğalçı ölkədə isə erməni «çilingəri», «çobanı», Azərbaycan postuna qumbara atan təxribatçı dəstəklənir, onlara təriflər deyilir, şəxsi hesablarına pullar köçürülür. Məntiqi nəticə budur ki, anadangəlmə potensial terrorçu olduqları sübuta yetirilən ermənilər haqqında «dinc»”, «silahsız»”, « günahsız mülki vətəndaş» sözlərinin işlədilməsi insanlığa ləkə və günahdır.

«Uşaq qatili» olan Ermənistanın sabiq prezidentləri Robert Koçaryanın, Serj Sarkisyanın davamçıları olan və bu cinayətkarların yolu ilə gedən revanşist çağırışlar səsləndirənlər təxribatçı və terrorçudurlar. İnsanları öldürmək üçün məqam və fürsət gözləyən ermənilərin törətdikləri vəhşilikləri unutmayan Azərbaycan Vətən müharibəsindən sonra da tolerantlıq ənənələrinə sadiqliyini göstərdi.

«Bizim müharibə zamanı davranışımıza gəldikdə, artıq müharibənin ilk günlərindən bəlli idi ki, Azərbaycan yalnız XXI əsrin müharibəsini deyil, eyni zamanda, yeni mənəvi qaydalar əsasında döyüş aparır» söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyev vurğulayır ki, hərbçilərimizə verilən ilk əmrlərdən biri ləyaqətlə, təmkinlə davranmaları və mülki vətəndaşlara zərər verməməyə maksimum çalışmaqla bağlı idi. Müharibə zamanı və müharibədən sonra da eyni humanistlik nümayiş etdirən Azərbaycan erməni əsgərlərinin cəsədlərini Ermənistana təhvil verir. Müharibədən sonra belə barbarlıqlarını davam etdirən Ermənistanın Tərtər şəhərinə 16 min bomba yağdırmaları, Bərdəni, Naftalanı bombalamaları, Gəncə şəhərinə qarşı ballistik raketdən istifadə etmələri, Şuşaya «İsgəndər-M» atmaları erməni faşizminin bitməyən vəhşiliyidir.
 Bu gün də təxribat törətməklə insan qatili olduqlarını sübut edən, hələ də sülh sazişini imzalamağa tələsməyən Ermənistan rəsmiləri başa düşməlidirlər ki, Azərbaycan üçün Qarabağ, sadəcə, torpaq demək deyil. «O, bizim ləyaqətimiz, taleyimiz və qanımızdır. Beləliklə, biz qəhrəmanlıq və cəsarət nümayiş etdirdik, axıra qədər getdik və bizi heç kəs dayandıra bilməzdi. Bilirsiniz ki, müxtəlif istiqamətlərdən bizi dayandırmaq üçün çoxlu cəhdlər oldu. Ancaq biz sona qədər getdik» söyləyən Prezident İlham Əliyev bu sözləri ilə bildirir ki, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan təxribatlarına, terrorlarına, «çoban», «çilingər» oyunlarına son qoymalıdır.