14 Mart 2025

Talibanın Türkiyədən istəkləri bəlli oldu – FOTO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Talibanın xarici işlər vəkili Əmirxan Mottaki ilə görüşüb.

Musavat.com “Anadolu” agentliyinə istindən xəbər verir ki, görüş zamanı Taliban nümayəndəsinin Türkiyədən bəzi istəkləri olub.

“Onlar bizdən xüsusilə humanitar yardım, Əfqanıstandakı investisiyanın davam etdirilməsi mövzuzunda xahişləri oldu. Biz qızların təhsili və qadınların iş həyatına inteqrasiya olunması üçün tövsiyələrimizi bir daha təkrar etdik. Taliban hökuməti əfqan miqrantların ölkələrinə dönmək istədikləri təqdirdə dəstək olacaqlarını bildirdilər”, – deyə Çavuşoğlu vurğulayıb.

Media1.az