“Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan edilib
Mədəniyyət Nazirliyi “Şuşa ili”nə həsr olunmuş pyes müsabiqəsi elan edib.
Bu barədə “İki sahil”ə nazirlikdən xəbər verilib.
Qeyd olunub ki, müsabiqəyə yalnız aşağıdakı şərtlər daxilində qatılmaq olar:
– Müsabiqəyə göndərilən pyeslər indiyə qədər heç bir teatrda səhnələşdirilməməlidir;
– Müxtəlif janrlı əsərlərin yazılması arzuolunandır;
– Bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər;
– Müsabiqəyə qatılmaq üçün yaş məhdudiyyəti yoxdur;
– Əsərlər sentyabrın 1-nə qədər qəbul edilir, son tarixdən gec göndərilən əsərlər müsabiqəyə qəbul olunmayacaq;
– Qalib pyes müəllifi 2000 azn məbləğində pul mükafatı ilə təltif olunacaq və dövlət sifarişi əsasında tamaşaya qoyulacaq;
İştirakçılar pyes ilə birlikdə özləri haqqında məlumatı, şəxsiyyət vəsiqəsinin surətini, əlaqə nömrələrini em.aliyev@culture.gov.az ünvanına göndərməlidirlər.