22 İyun 2025

“Sülhməramlılar söz verib ki, bir daha maşınların yoxlanmasında ermənilər iştirak etməyəcək” – AÇIQLAMA

Rey Kərimoğlu: “Bizimkilər Rusiyanın ərazidəki sülhməramlılarının rəhbərliyinə narazılığını və etirazını bildirib”

Bir neçə gün öncə sosial şəbəkələrdə, mediada Kəlbəcərə gedən Azərbaycan maşınlarının sülhməramlılar tərəfindən yoxlanılarkən onların yanında erməni separatçılarının olmasını əks etdirən video yayıldı. Bu, cəmiyyətdə hiddətlə qarşılandı.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Qarabağ qazisi, hərbi ekspert Rey Kərimoğlu maraqlı məlumat açıqlayıb.

O qeyd edib:

“Bir müddət əvvəl Kəlbəcərə gedən Azərbaycan avtomobilləri Rusiyanın ərazidə xidmət aparan sülhməramlıları tərəfindən yoxlanılarkən rusların yanında erməni separatçısı da olub. Hamı kimi məni də bu hal çox narahat etdi. Hərbi mənbələrdən əldə etdiyim məlumata görə, artıq bu barədə bizimkilər Rusiyanın ərazidəki sülhməramlılarının rəhbərliyinə narazılığını və etirazını bildirib. Rusiya sülhməramlılarının rəhbərliyi də bir də belə hala yol verilməyəcəyinə söz veriblər! Ümid edirəm ki, belə hal bir daha təkrarlanmayacaq! Qarabağ Azərbaycandır!”.