08 Sentyabr 2024

SON DƏQİQƏ! Yunanıstanın Türkiyə F-16-larına təzyiqi NATO-nun müzakirəsinə çıxarılır

Türkiyə Milli Müdafiə nazirliyi Yunanıstanın Rusiya istehsalı “S-300PMU1” hava hücumundan müdafiə sisteminin türk təyyarələrinə qarşı istifadəsinə dair qeydləri təhvil verəcək.

Media1.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin uçuşu zamanı Yunanıstanın “S-300” qurğusunun işə düşməsi Türkiyənin radar sistemi tərəfindən qeydə alındığını bildirib. Müvafiq qeydlər NATO Baş Katibliyinə və Alyansa üzv ölkələrin Müdafiə nazirliklərinə göndəriləcək.

Türkiyə Silahlı qüvvələrinin rəhbərliyi “F-16” qırıcılarının Rodos adası bölgəsində uçuşu zamanı Yunanıstanın “S-300” raketlərinin yerdən havaya hədəf izləmə və yönləndirmə sistemini işə saldığını vurğulayıb. Yunan tərəfi bu zaman raketlərin buraxılış mexanizmini işə alan kilidi də açıbmış. NATO qaydalarında belə tədbirlər düşmən davranışı hesab edilir.

Qeyd edək ki, bu məsələ dünən Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın dünənki çıxışında da mərkəzi yer tutub. NATO üzvü olan ölkələrin səfirlərinə səslənən Türkiyə lideri “Rusiyadan “S-400” aldığımıza görə pulunu nağd ödədiyimiz “F-35” təyyarələrini bizə verməkdən imtina etdilər. İndi rusların “S-300” raketlərini Türkiyə təyyarələrinə tuşlayan Yunanıstana nə cavab veriləcək?”-deyə o bildirib.