22 İyun 2025

SON DƏQİQƏ: Ukrayna Belarusdan “İsgəndər” raketi ilə vuruldu

Rusiya ordusu Belarus ərazisindən “İsgəndər” raketləri ilə Ukraynaya zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Qeraşenko öz “Telegram” kanalında məlumat verib.

Qeyd edək ki, bundan əvvəl Volın vilayətinin Vladimir şəhəri yaxınlığındakı hərbi hissə Belarusdan atəşə tutulub.

Ukrayna DİN müşaviri Qeraşenkoqeyd edib ki, Rusiya ordusu Belarus ərazisindən “İsgəndər” raketləri ilə Ukraynanın Jitomir hava limanına zərbələr endirib və hücumun video görüntüsünü paylaşıb. O bildirib ki, biz gərək həm də belarus işğalçılarına qarşı mübarizə aparaq.