22 İyun 2025

SON DƏQİQƏ! Mingəçevirdə güclü partlayış

Mingəçevirdə qaz sızması nəticəsində binada partlayış baş verib.

Media1.az Trend-ə istinadən xəbər verir ki, hadisə Axundov küçəsində yerləşən binaların birində qeydə alınıb. Partlayış nəticəsində binanın dam örtüyü uçub, evdə yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürmə qüvvələri cəlb olunub.