22 Dekabr 2024

SON DƏQİQƏ! Lavrovdan ŞOK XƏBƏRDARLIQ: “Vuracağıq!”

Putinin verdiyi qərarlarla Ukraynadakı müharibə yeni mərhələyə qədəm qoydu, Moskvadan növbəti xəbərdarlıq gəldi.

Dünyanın gözü və qulağı fevralın 24-dən Ukraynadan gələn xəbərlərdədir. Rusiyanın qismən səfərbərlik qərarı regionda gərginliyin tezliklə azalmayacağından xəbər verir.

Musavat.com Britaniyanın “Daily Mail”ə istinadən xəbər verir ki, rəsmi Moskvadan yeni açıqlama gəlib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın hansı şərtlər altında nüvə silahından istifadə edəcəyini dünyaya bəyan edib.

Lavrov bildirib ki, Rusiya “referendum”un nəticələri açıqlandıqdan sonra ilhaq etdiyi Ukrayna ərazisini müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazırdır.

Qeyd edək ki, oxşar xəbərdarlıq Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedevdən də gəlib.

Nigar Cəfərli