Simonyanın Ermənistana girişi qadağan edildi
Erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanın Ermənistana girişi yasaqlanıb.
Musavat.com xəbər verir ki, bu barədə Simonyan öz telegram kanalında yazıb. Rusiya Dövlət Dumasının ermənipərəst deputatının Ermənistanda arzuolunmaz şəxs elan olunmasını şərh edən Simonyan bildirib ki, onun da Ermənistana girişi yasaqlanıb.
“Uzun illər Ermənistanın qatı dəstəkçisi olan Konstantin Zatulinin Ermənistana girişi Ermənistanın hazırkı rəisi tərəfindən qadağan edilib..Yeri gəlmişkən, mənə də”.,deyə Simonyan yazıb.