Şimali Makedoniyanın baş naziri istefa verib

Şimali Makedoniyanın baş naziri Zoran Zaev tutduğu vəzifədən getdiyini və hakim Makedoniya Sosial Demokrat İttifaqı Partiyasının rəhbəri postunu tərk etdiyini bildirib.
Media1.az Report-a istinadən xəbər verir ki, siyasətçinin açıqlaması partiyanın feysbuk səhifəsində yayımlanıb.
“Mən Makedoniyanın baş naziri və Sosial Demokrat İttifaqının sədri vəzifəsindən istefa verirəm”, – o deyib. “Fəxr edirəm ki, biz ölkəni NATO blokuna daxil etmişik”, – siyasətçi əlavə edib.
Zayevin istefa bəyanatı Şimali Makedoniyada müxalifətin uğur qazandığı bələdiyyə seçkilərinin nəticələrinə yekun vurulduqdan sonra verilib.