Şeyx Əbdül: “Evi olmayanların ailə həyatı qurması düzgün deyil” – VİDEO
Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) evi olmadan evlənən şəxslər barədə danışıb.
ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı olan Xalq artisti evi olmayanların evlənməməsini deyib:
“Hər zaman gənclərə deyirəm ki, evi olmayanların evlənməsi düzgün deyil. Nazim Hikmət deyib ki, bir-birinə tay olmayanların evlənməsi cəmiyyətimizin və əxlaqımızın ziddinədir. Ən böyük arzum idi ki, evim, ailəm olsun. Özünə kişi deyən hər kəs üçün ailə qurmaqdan müqəddəs ikinci bir dəyər yoxdur. Ondan əvvəl Allaha sevgi, vətən sevgisidir”.
Daha ətraflı süjetdə:https://www.youtube.com/embed/J-ZCapARGG4