Sentyabrın ilk günü hava necə olacaq? – PROQNOZ

Sentyabrın 1-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Media1.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuzkeşəcək, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 33-38°, Bakıda gecə 23-25°, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 25-30% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz.
Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 35-39°, dağlarda gecə 12-17°, gündüz 24-29° isti olacaq.