23 Dekabr 2024

Şəhid övladları üçün təşkil olunmuş düşərgədən təəssüratlar- Zövqiyyə Əsədova

Bu günlərdə şəhid övladları üçün maraqlı , yadda qalan yay düşərgəsi təşkil edilib.

Media1.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil NazirliyiZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan zəfərdə payı olan şəhidlərin yadigar qoyduğu övladları üçün Qubada maraqlı, rəngarəng yay tətili təşkil edilib.

Quba STEAM Mərkəzində 74 şəhid övladı üçün “Zəfər” düşərgəsi salınıb .

Düşərgədə olmuş Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvü Zövqiyyə Əsədova təəssüratlarını bölüşərək belə deyib:“Həmin düşərgədə mən də iştirak etdim. Burada uşaqların hansı biliklərin öyrədilməsi, onların əyləncələri ilə tanış oldum və fikirlərimi sizlərlə bölüşmək istədim.Bilirik ki, II Qarabağ müharibəsində xalqımız Ali Baş Komandanın ətrafında birləşərək birlik, bərabərlik, bir sözlə əsl vətəndaşlıq nümayiş etdirdi. Rəşadətli ordumuzun gücü, qüdrəti, qorxmazlığı ilə əzəli-əbədi torpaqlarımız olan Dağlıq Qarabağ Azərbaycana qovuşdu.”Zəfər” düşərgəsində hamı o qədər sevincli idi. Biz ona görə sevinirdik ki, bu düşərgədə qalib xalq kimi iştirak edirdik. Şanlı ordumuzun və Ali Baş Komandanımızın erməni işğalçıları üzərində qazandığı böyük qələbə çoxəsrlik tariximizin səhifələrinə yazılmış əsl qəhrəmanlıq dastanıdır.Dövlətimiz 44 günlük müharibədə Azərbaycan xalqının, onun liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız, nəhayət, qələbəyə çatdı. Azərbaycan son 2 əsrlik tarixində ilk dəfə idi ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxırdı. Bu bizim üçün böyük qürur və sevincdir. Azərbaycan ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi, ilk növbədə, Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan cənab İlham Əliyev və rəşadətli ordumuza minnətdaram.Və… Qubada təşkil edilən zəfər düşərgəsində müxtəlif yaş qrupunda olan 74 uşaq 8-9 və 10 nəfərlik qruplarda birləşmişdi. Düşərgə 2 alt qrupa bölünmüşdü. Birinci və ikinci alt düşərgələrin hər birində 4 kiçik qrup fəaliyyət göstərirdi ki, gər qrupda rəhbər və onun köməkçiləri uşaqlarla iş qururdu. Düşərgədə hər gün 8 əsas mövzu üzrə hər biri 90 dəqiqəlik təlimlər keçirilirdi: “3D dizayn, mikrobit, kodlaşdırma, həmçinin kapoero, dağçılıq, aykido, xilasedicilik, ilk tibbi yardım, kinoloq və çölçülük üzrə təlimlərə qatılan uşaqlar həyati bilik və bacarıqları əldə edirdilər. “Edərək öyrənmək” prinsipi ilə qurulan bu təlimlərə məktəblilər böyük maraq göstəriblər. Onların öyrənməsi ilə yanaşı, əyləncəsinə də xüsusi diqqət yetirilirdi. Hər gün Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşlarının iştirakı ilə uşaqların axşam proqramı hazırlanırdı. Rəqs, musiqi, şən və hazırcavablar klubu qurulur, axşam əyləncəsi başlayırdı. Düşərgə proqramı hazırlanarkən uşaqların 4 istiqamətdə inkişafı – psixoloji, fizioloji, intelektual və sosial inkişafları nəzərə alınmışdı. Həmin istiqamətlərin təkmilləşdirilməsi üçün fəaliyyətlər icra olunurdu. Düşərgənin İlk günlərində uşaqların adaptasiyası olması vaxt alırdı, lakin növbəti günlərdə fəaliyyətlərə artıq aktiv qoşulurdular. Uşaqlar əsasən oynamaq istəyir və bizim də təlimlərin əsası oyunlar üzərində qurulurdu. Şagirdlərə belə ekstrim hallar yaşadırıq ki, onların xoşbəxtliyini təmin edək. Yeni gələndə bir qədər özlərinə qapanıq idilər. Lakin düşərgənin sonunda hər biri aktivləşdi və artıq öz fikirlərini bölüşürdülər. Bəzilərinin gələcəkdə ixtisas seçimlərində belə dəyişiklik oldu. Təlimlərdə uşaqların robotexnika və dron mühəndisliyinə daha böyük maraq olduğunu aşkarlanırdı. Onlardan bir neçəsi seçilib və növbəti illərdə həmin uşaqların “Texnofest” festivalına hazırlanması üçün müraciət olunacaq”. Düşərgədə gəzinti zamanı uşaqların hər bir fəaliyyət istiqaməti üzrə canfəşanlıqla çalışdıqlarının şahidi olduq. İstər çölçülükdə çadrların tez zamanda qurulması, istər itlərlə axtarış əməliyyatlarında iştirak, istər dağdan eniş əməliyyatları, istərsə də robot və dronlarınların idarə olunmasında onlar peşəkarlıq nümayiş etdirirdilər.Bu düşərgədə iştirakım həmdə ona görə yaxşı oldu ki, burda şəhid övladları ilə tanış oldum. Onlarla söhbətimizin zamanı nə vətənpərvər, qürurlu övlad olduqlarını gördüm. Belə qərara gəldim ki, bu uşaqların anaları xoşbəxt adamlarıdır ki, onlar bizim torpaqlarımız azadlığı uğrunda canından keçmiş igid vətən oğullarının övladlarını böyüdürlər.”

Sonda Zövqiyyə Əsədova gələcək arzusu kimi bildirib ki, düşərgədən ürəyimdəki bir istəklə ayrıldım. Arzulayardım ki, belə düşərgələrimiz tezliklə Şuşada Laçında Xankəndində qurulsun. Şəhid övladları atalarının qanı bahasına azad edilmiş torpaqları görmək, və torpaqlarda gəzmək onalrın haqqıdır. O uşaqların sevinc dolu baxışlarını görmək istəyirəm.

Əlavə olaraq bildirək ki, bərdəli təhsil işçisi Zövqiyyə Əsədova düşərgənin qurulmasında, şəhid ailələrinin buraya cəlb olunmasında əməyi olan hər kəsi dəyərləndirməyi unutmayıb.”Təşəkkürlər edirəm bir daha respublika səviyyəli bu tədbirin təşkilatçılarına və dəstək göstərən hər kəsə, həmçinin Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyevə, Quba fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin direktoru Kamran Alievə ki bizə şərait yaratdılar. Çox sağ olsunlar, Rufat AsadzadeHuseyn Huseynov ki, bizim də məhz belə bir məsuliyyətli ama bir o qədər də şərəfli bir işdə iştirakımızı təmin etdilər!”-deyə Zövqiyyə Əsədova bildirib.