Saakaşvilinin tələbi qəbul edildi-Qori hərbi hospitalına yerləşdirilib

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tiflisdən 80 km aralıda yerləşən Qori şəhər hərbi xəstəxanasına yerləşdirilib.
Media1.az xəbər verir ki, təcili yardım maşını ilə eks-prezident Qoriyə gətirilib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının olduğu 10-a yaxın avtomobillə bərabər İki təcili yardım maşınından ibarət karvan bir saat ərzində Qoridəki xəstəxanaya çatıb.
Bütün proses insidentsiz keçib.
Saakaşvilinin yerləşdirildiyi binanın pəncərələrində dəmir şəbəkə quraşdırılıb. Bundan əlavə, jurnalistlərin ona yaxınlaşmasının qarşısını almaq üçün bina avtobuslarla əhatə olunub. Xəstəxananın girişlərində polislər yerləşdirilib.
Son iki gündə Gürcüstanın eks-prezidenti ağır vəziyyətdə həbsxana klinikasının reanimasiya şöbəsində olub.
Hakimiyyət eks prezidenti xəstəxanaya köçürmək qərarına gəldikdən sonra, Saakaşvili 50 gündən bəri davam edən aclıq aksiyasına son qoyacağını açıqlayıb.
Müxalifət xəstəxana yaxınlığında etiraz aksiyaları keçirməyəcəyinə söz verib.