Rusiyaya DAHA BİR ZƏRBƏ: Ukrayna düşmənin 10 milyonluq helikopterini vurdu

Ukrayna xüsusi təyinatlıları Rusiyanın Ka-52 hücum helikopterini vurub.
Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, Ukrayna mediası helikopterin “Stuqna” tank əleyhinə raket kompleksi ilə məhv edildiyini bildirib.
“Alliqator” adlanan Rusiyanın Ka-52 helikopteri kəşfiyyat, hədəfi və hərəkətlərinin əlaqələndirilməsi üçün nəzərdə tutulmuş zərbə-kəşfiyyat vasitəsidir.
Bu model bir helikopterinin qiyməti təxminən 10 milyon dollar təşkil edir.