24 Fevral 2025

Rusiyanın 9 May paradı hazırlığı: “Liderlər dəvət edilməyəcək”

“Xarici ölkələrin liderləri mayın 9-da Moskvada keçiriləcək İkinci Dünya Müharibəsindəki Qələbənin 76-cı ildönümünü qeyd etmək üçün dəvət olunmayacaqlar”.

Media1.az Teleqraf.com-a istinadən  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Yubiley ili deyil, buna görə xarici qonaqları dəvət etmək niyyətimiz yoxdur”, – Kremlin sözçüsü bildirib.

Bu il Rusiyanın hərbi paradında 12 mindən çox insan, 190-dan çox silah və hərbi texnika, 53 təyyarə və 23 helikopterin iştirakı planlaşdırılır.