Rusiyada neft emalı zavodu VURULDU
Rusiyanın Samara vilayətində “Kuybışev” neft emalı zavodu pilotsuz təyyarənin hücumundan sonra yanır.
Musavat.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
İlkin məlumatlara görə, itki yoxdur.
“PUA qəzaya uğrayıb və neft emalı zavodunda yanğın baş verib”, – dövlət agentliyinin mənbəsi bildirib.
Yanğınsöndürənlər hadisə yerindədir.
Qeyd edək ki, Rusiyanın neft emalı zavodları ilin əvvəlindən tez-tez dronların hücumuna məruz qalır.