Rusiyada məşhur mobil tətbiqlərə və “Facebook”a girişdə məhdudiyyətlər yaşanır

Rusiya Federasiyasında “App Store” və “Google Play” mobil tətbiqlərinə və “Facebook” sosial şəbəkə platformasına daxil olmaqda məhdudiyyətlər yaşanır.
Hələlik Rusiyada rəsmi qurumlar mobil tətbiqlərdən istifadə də yaranan nasazlığın haradan qaynaqlandığına dair məlumat verməyib.
Xatırladaq ki, ötən gün Rusiya ərazisində fəaliyyət göstərən məşhur “Exo Moskvı” radiostansiyası ləğv edilib, “Dojd” telekanalı öz fəaliyyətini dayandırıb.
Mənbə: Dw.com