01 İyul 2025

Rusiyada məhkumları tank istehsal etmək üçün zavoda göndəcəklər

Rusiyada məhbusları muzdlu əsgər kimi müharibəyə göndərməklə yanaşı, ən böyük tank zavodu olan “Uralvaqonzavod”da işləməyə də yollayırlar Nijni Tagildə cəza çəkən məhbusları məhz belə aqibət gözləyir.

”Rupor”un Rusiya mediasına istinadla məlumatına görə, zavodda işləmək üçün 250 məhkum cəlb olunacaq.

Qeyd olunur ki, məhbuslar mexanizator, qazmaçı, tornaçı, frezeçi, daşlamaçı, elektrik qaynaqçısı, mexanik və kran maşinisti vəzifələrində çalışacaqlar.
Amma onların məxfi məlumatlara çıxışı olmayacaq, yalnız yardımçı işlərə cəlb olunacaqlar.