12 Mart 2025

Rusiya üçün yeni kabus – Almaniyanın uzaq mənzilli “MARS II” reaktiv sistemləri artıq Ukraynadadır

Almaniyanın uzaqmənzilli “MARS II” reaktiv yaylım atəş sistemləri (RYAS) artıq Ukraynaya gətirilib.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Aleksey Reznikov tvitter səhifəsində yazıb.

“Long Hand Family” (NATO-da uzun mənzilli atəş sistemləri belə adlanır – red.) ailəsinin üçüncü qardaşı Ukraynaya gətirlib. Bu sistemlərə görə Almaniyaya və şəxsən həmkarım müdafiə naziri Kristin Lambrextə təşəkkür edirəm. Topçularımız alman dostlarını salamlayır”, – deyə onun mesajında bildirilir.

“Mars II/MLRS-E”, ABŞ-ın “M270” lisenziyalı maşınlarının digər versiyası sayılır.

Bu sistem Bundesverin ehtiyaclarının təmin olunması üçün Almaniyanın “Krauss-Maffei-Wegmann” konserni tərəfindən istehsal olunub.

Buraxılış qurğusu hər biri altı raketdən ibarət iki bloka məxsusdur. Qurğu 12 raketin hamısını 60 saniyə ərzində buraxa bilir.

“Mars II”, “Airbus Defence and Space” şirkəti tərəfindən hazırlanmış yeni EFCS (European Fire Control System) atəş nəzarət sistemi ilə təchiz edilib.

Sursatın növündən asılı olaraq raketlərin hədəfi vurma məsafəsi 38-300 km aralığındadır.

Media1.az