18 Oktyabr 2024

Rusiya S-500-ləri bu ölkələrə sata biləcəyini açıqladı

Rusiya yeni S-500 zenit raket sistemlərini Çin və Hindistana tədarük edə bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev deyib.

“Bu sistem vacib həcmdə orduya tədarük ediləcək, daha sonra isə ixracı mümkün olacaq. Biz uzun müddətdir tərəfdaşlıq əlaqəmizin olduğu Hindistan, Çin və bütün digər dövlətlərə bu yeni sistemlərin gələcək sahibləri qismində baxırıq”, – deyə o bildirib.