13 Mart 2025

Rusiya ilə yalnız belə razılaşa bilərik! – Reznikov

Rusiya ilə mümkün olan yeganə ərazi kompromisi Ukraynanın 1991-ci il sərhədlərinə çıxış əldə etməsi ilə bağlıdır.

Media1.az  Axar.az-a istinadla xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri ardıcıl olaraq bütün işğal olunmuş əraziləri, o cümlədən Krımı azad edəcək. Buna görə də, Ukrayna cəbhəni sabitləşdirməlidir ki, Baş Qərargah əks-hücum üçün ən əlverişli üsul və istiqamətləri seçə bilsin.