Rusiya düşünüldüyü qədər zəif ölkə deyil – “The Wall Street Journal”

ABŞ və Qərbi Avropa ölkələrinin rəhbərliyi Putin Rusiyasının düşünüldüyü qədər zəif ölkə olmadığını və hər hansı diktə altında hərəkət etməyəcəyini anlayıb. Prezident Vladimir Putin hakimiyyətdə olduğu dövrdə ölkəsi barədə bu təsəvvürləri dağıtmağa, hətta Qərbi qarşılıqlı münasibətlərdə onun qaydaları ilə hərəkət etməyə məcbur edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir “The Wall Street Journal” qəzetində əks olunub.
Bununla bağlı Yucin Rumer və Endryu Vays tərəfindən xüsusi yazı qələmə alınıb. Müəlliflər Rusiya liderinin enerji daşıyıcıları ilə bağlı beynəlxalq ticarət şərtlərini ölkəsi üçün daha əlverişli nöqtəyə gətirdiyini, Rusiyanın ətrafını dost ölkələrə əhatə etməyi bacardığını və NATO-nun şərqə doğru genişləməkdən vaz keçirmək yolunda önəmli məsafə qət etdiyini vurğulayıblar.
Yazarlar NATO və Ukrayna arasında hərbi əməkdaşlığın sıxlaşmasına da diqqət çəkərək rəsmi Moskvanın qonşu qardaş dövlətə artıq Şimali Atlantika Alyansının “avidaşıyıcı gəmisi” gözü ilə baxdığını bildiriblər. Onların yazdığına görə, Vladimir Putin bəzi tələblərini praktiki cəhətdən həyata keçirməkdən çəkinməyib və bunun 2008-ci ildə Gürcüstana müdaxiləsindən aydın şəkildə görmək mümkündür.
Media1.az