23 Dekabr 2024

Ronaldo “Mançester Yunayted”i tərk edə bilər

Kriştiano Ronaldo “Mançester Yunayted”i tərk edə bilər.

Qol.az xəbər verir ki, bu haqda “Daily Mail” nəşri məlumat yayıb. Bildirilir ki, əgər klubun yeni baş məşqçi seçimi Ronaldonu qane etməsə, o, bu mövsümün sonu “Mançester Yunayted”dən ayrılacaq. Həmçinin bildirilir ki, portuqaliyalı futbolçu hazırda komandanı çalışdıran Ralf Ranqnikin daimi əsaslarla baş məşqçi təyin olunmasına qarşıdır.

Xatırladaq ki, 2021-ci ilin noyabrında Ranqnik müvəqqəti olaraq “qırmızı şeytanlar”ın baş məşqçisi vəzifəsinə gətirilib.