RİNN bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) “İki sahil”ə verilən məlumata görə, bununla əlaqədar nazirliyinin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.