22 İyun 2025

Ramiz Mehdiyev AMEA prezidenti postundan istefa verib YENİLƏNİB

“Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib”. Bu barədə AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev məlumat verib.

O qeyd edib ki, ərizə Rəyasət Heyəti tərəfindən qəbul olunub: “Ramiz Mehdiyev bildirib ki, sabah cənab Prezidentə ərizəsini göndərəcək. O, Akademiyanın daxilində və ətrafında yaranmış vəziyyəti nəzərə alaraq istefa verdiyini bildirib”.

***

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.

media1.az xəbər verir ki,  bu barədə APA-ya açıqlamasında Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.

M. Mərdanov deyib ki, R. Mehdiyev bu gün AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə ərizəsini sabah təqdim edəcəyini açıqlayıb.