23 Dekabr 2024

Ramiz Mehdiyev AMEA-da həbslərə hazırlıq görür – kimlərin başı gedəcək?

İddialara görə, R.Mehdiyev 2013-2019-cu illərdə AMEA-nın prezidenti olmuş Akif Əlizadənin yerini tutmasından sonra onların arasında münasibətlər gərginləşib, “köhnə komanda” hətta Mehdiyevin işini əngəlləməyə çalışıb…

“Yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə görə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev bu fikirləri qurumun Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının ilk iclasında çıxışı zamanı deyib. O, akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi kəskin tənqid edib və qarşıya çıxan problemlərin tezliklə həllinin vacibliyini vurğulayıb.

R.Mehdiyev həmçinin alimlərin sırf elmi işlərlə məşğul olmaları üçün müəyyən şəraitin yaradıldığını və bu məqsədlə bir sıra zəruri addımların atılacağını diqqətə çatdırıb.

Qeyd edək ki, AMEA-nın prezidenti Rəyasət Heyətinin bir neçə gün əvvəl keçirilən iclasında həbslər olacağının anonsunu verib. O bildirib ki, ciddi nöqsanların sayı həddən artıq çoxdur: “Hazırda korrupsiya idarəsində sənədləri hazırlayırlar və bizə də göndərəcəklər. Bu, əlbəttə, bir tərəfdən nəzarətsizliyin nəticəsidir, digər tərəfdən, insanın mənəvi keyfiyyəti məsələsidir. Akademiya nə üçün bu vəziyyətə gəlib düşüb? Kimdir günahkar? Özbaşınalıq baş alıb gedib, heç kim digərindən bir şey soruşmayıb, tələb və nəzarət etməyib və institutlarda belə bir vəziyyət yaranıb. Xəbərdarlıq etmək istəyirəm ki, belə vəziyyətə biz dözməməliyik, şəxsən mən məsuliyyət daşıyıram. Tək mən yox, Rəyasət Heyətinin üzvləri, vitse-prezidentlər. Belə məsuliyyətsizliyi, işə yanaşmanı qəti surətdə qəbul etmirəm”.

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Mehdiyev son vaxtlar akademiyanın bir sıra elmi-tədqiqat müəssisələrində yoxlama işlərinin aparıldığı barədə məlumat verib. Qeyd edib ki, bir sıra hallarda sənədlər və digər məsələlər gizlədildiyindən yoxlama işlərinin keyfiyyəti qənaətbəxş olmayıb.

Mərkəzi Nəbatat Bağında aparılmış yoxlamalar barədə danışan və bağın uzun illər baxımsız vəziyyətdə qaldığını deyən Ramiz Mehdiyev müəssisənin ərazisindəki ağacların bir çoxunun quruduğunu, kəsildiyini, kənar şəxslərin orada şəxsi mənzillər tikdiyini diqqətə çatdırıb. Bildirib ki, icra hakimiyyətindən dəfələrlə bağın qaydaya salınması ilə bağlı AMEA-nın keçmiş rəhbərliyinə müraciətlər olunsa da, bu barədə heç bir tədbir görülməyib. Akademik Ramiz Mehdiyev Botanika İnstitutunda da yoxlamaların aparıldığını, ayrılmış büdcənin

xərcləndiyini, lakin heç bir əməli işin görülmədiyini vurğulayıb.

Neft-Kimya Prosesləri İnstitutunda da yoxlamaların aparıldığını bildirən AMEA rəhbəri bir çox sənədlərin gizlədildiyini, müəyyən məsələlərin yenidən araşdırıldığını söyləyib: “Vaqif Abbasov 10 ildən artıqdır ki, Neft-Kimya Prosesləri İnstitutunda direktor işləyir. Vaqif Abbasov xeyli maliyyə vəsaiti qazansa da, institut 1 manat da olsun, akademiyanın büdcəsinə xeyir verməyib. Müəssisəyə müraciətlər olanda isə özünün Yüksək Texnologiyalar Parkındakı şirkətinə tapşırır və pul qazanırlar”. AMEA rəhbəri qeyd edilən məsələlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini diqqətə çatdırıb.

GÖRKƏMLİ BİOLOQ-ALİM və XEYİRXAH İNSAN » ZİM.Az | "ZİYA" İnformasiya Mərkəzi

Səyyarə İbadullayeva 

Yeri gəlmişkən, Biologiya elmləri doktoru Səyyarə İbadullayeva AMEA-nın Botanika İnstitutunun, Natiq Allahverdiyev isə Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsinə təsdiqləniblər.

Bu barədə qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib. Tədbirdə çıxış edən Natiq Allahverdiyev AMEA rəhbərliyinin tapşırığı ilə son aylarda Mərkəzi Nəbatat Bağında aparılan yoxlamalardan və mövcud problemlərdən danışıb.

N.Allahverdiyev qeyd edib ki, müəssisənin sabiq rəhbərliyi və Botanika İnstitutunun keçmiş direktorunun birgə iştirakı əsasında bağ üçün ayrılan və ekskursiyadan əldə olunan maliyyə vəsaitləri mənimsənilib, nəticədə Mərkəzi Nəbatat Bağında heç bir quruculuq işləri həyata keçirilməyib, ərazidəki ağaclar və bitkilər baxımsız vəziyyətdə qalıb.

İddialara görə, R.Mehdiyev 2013-2019-cu illərdə AMEA-nın prezidenti olmuş Akif Əlizadənin yerini tutmasından sonra onların arasında münasibətlər gərginləşib. “Köhnə komanda” hətta Mehdiyevin işini əngəlləməyə çalışıb. R.Mehdiyev səbirlə ona qarşı olanların əhatə dairəsini müəyyənləşdirib. Bir il ərzində yerini möhkəmlədəndən və özünə komanda yığandan sonra “köhnə qvardiya” ilə hesablaşmağa başlayıb. R.Mehdiyev hələ açıq şəkildə 87 yaşlı Akif Əlizadənin adını çəkməyib, amma tənqid etdiyi və araşdırdığı dövr sabiq prezidentin vəzifədə olduğu vaxtı  əhatə edir. Bunun üçün isə R.Mehdiyevin əlində əlbəttə ki, kifayət qədər faktlar var və korrupsiya və yeyintilərlə bağlı dedikləri gerçəkliyi əks etdirir.

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı

AĞ Partiyanın sədri Tural Abbaslı bu barədə “Yeni Müsavat”a şərhində bildirib ki, əslində məsələnin mahiyyətində, kökündə Azərbaycan elminin vəziyyətindən narahatlıq və ya ağır durumdan çıxarılması istəyi dayanmır. Burada daha çox siyasi məsələlərdən söhbət gedir: “Ramiz Mehdiyevin AMEA-ya rəhbər təyin olunmasından xeyli müddət keçir. Bu qədər müddət ərzində orada hər hansı neqativlər, qanunsuzluqlar, cinayət halları var idisə, yeni rəhbərlik onu həll etməli idi. Artıq bu gün hansısa problemdən danışmaq yox, yeni mərhələdən danışmaq lazım idi. Bəs necə oldu ki, Mehdiyev məhz indi bu qədər sərt açıqlamalar verdi, adlar çəkdi. Ramiz Mehdiyev, məncə, gələcəkdə özünün indiyə qədərki fəaliyyəti barədə araşdırmalar aparılacağını hiss edir. Ona görə də məsələni AMEA səviyyəsinə gətirir. O, ilk vaxtlardan AMEA-nı özünə ictimai qalxan kimi görür. Keçmişdəki fəaliyyəti barədə də kimsə yazan kimi, AMEA-nın mətbuat xidməti dövriyyəyə buraxılır, cavab-cavab dalınca verilir. Mən demirəm ki, AMEA-da Ramiz Mehdiyevdən əvvəl hər şey yaxşı idi. Amma onun gəlişindən sonra AMEA elm ocağından çox siyasi təşkilata bənzəməyə başladı. Ramiz Mehdiyevin ona qarşı olan komandanı cəzalandırmaq planı olduğu da onun verdiyi açıqlamadan hiss edilir. Şübhəsiz ki, qanunsuzluqlara yol verən hər bir şəxs qanuni cəzasını almalıdır. Ancaq əminəm ki, AMEA-nın Ramiz Mehdiyev tərəfindən adıçəkilən institutlarının rəhbərləri həbs olunsa belə, orada vəziyyət düzəlməyəcək. Çünki cəzalandırmada əsl məqsəd başqadır”.