07 Fevral 2025

Ramin Bayramlı yeni vəzifəyə təyin olunub?

TƏBİB-in keçmiş sədri Ramin Bayramlının DİM sədri Məleykə Abbaszadənin müşaviri təyin olunduğuna dair məlumatlar yayılıb.

media1.az xəbər verir ki, bu barədə DİM-dən məsələyə münasibət bildirilib.

“Yayılan məlumatlar həqiqətə uyğun deyil”, – deyə qeyd olunub.

Qeyd edək ki, Ramin Bayramlı ötən il sentyabrın 12-də TƏBİB-in sədri vəzifəsindən azad olunub.