Qar səbəbindən bağlanan Quba-Xınalıq yolu qardan təmizlənir. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən yola texnikalar cəlb olunub.