22 Noyabr 2024

QHT rəhbərləri bu gün Şuşada olub

Bu gün,yəni sentyabrın 12-də 100 dən çox QHT rəhbəri işğaldan azad olunmuş Şuşa şəhərini ziyarət ediblər.

Media1.az xəbər verir ki, səfərin təşkilatçısı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyi olub.

Səhər saat 06:30- da Bakı şəhərinin Azneft meydanından yola düşən avtobus karvanı 14:00 radələrində Şuşa şəhərinə çatıb.

QHT rəhbərləri Cıdır düzündən Şuşanın sıldırım qayalardan ibarət möhtəşəm təbiətini və buradan görünən Xankəndinin seyrinə çıxıblar. Bunun ardınca Vaqifin mövzeleyini ziyarət ediblər. Daha sonra Şuşa şəhərindəki qədim Gövhər ağa məscidinə gələrək müqəddəs məkana baş çəkiblər. Burada namaz qılınıb, niyyət duaları oxunub.

Sonda Şuşa qala qapısının önündə ziyarətə gələnlər xatirə şəkilləri çəkdiriblər.

Musa Muradlı