QHT-LƏRƏ DÖVLƏT DƏSTƏYİ AGENTLİYİNİN MÜŞAHİDƏ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda Müşahidə Şurasının 2022-ci il üçün fəaliyyət planı müzakirə olunub.
Müzakirələrdə agentliyin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatının dinlənilməsi, agentliyin Qrant siyasəti sənədinin təsdiq edilməsi, qurumun fəaliyyət strategiyasının qəbul edilməsi, İctimai nəzarətin tətbiqi və təşviqi vəziyyətinə dair agentliyin hesabatının dinlənilməsi və digər məsələlər yer alıb.
Sonda Müşahidə Şurasının üzvləri tərəfindən cari məsələlər müzakirə edilib.
Media1.az