27 İyul 2024

QHT-lər üçün təlim keçiriləcək

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Monitorinq Xidməti və MG Consulting MMC-nin birgə təşkilatçılığı ilə “Çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin öhdəlikləri, bu sahədə risk əsaslı yanaşmanın tətbiqi” mövzusunda  onlayn təlim keçiriləcək.
Təlim 23 dekabr saat 16.00-17.30-da keçiriləcək. Təlimdə ekspert kimi Ədliyyə Nazirliyinin, Maliyyə Monitorinq Xidmətinin və MG Consulting MMC-nin nümayəndələri çıxış edəcək.
Tədbirdə iştirak etmək istəyən təşkilatlardan 21 dekabradək office@mgc.az ünvanına müraciət etmələri xahiş olunur. Zoom linki müraciət etmiş təşkilatlara göndəriləcək.