22 Dekabr 2024

Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlər Avropada təbliğ olunmalıdır

Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin Avropada təbliğ olunması Azərbaycan xalqının milli maraqlarının əsas prioritetlərindən biridir.

Bu fikirləri hazırda Böyük Britaniyada (University of Sunderland in London) təhsilini davam etdirən Dərələyəz mahalı, Çivə kənd icmasının nümayəndəsi Tural Namiq oğlu Məmmədov Avrasiya.net saytına açıqlamasında bildirib.

T.Məmmədov onu da qeyd edib ki, 44 günlük Zəfər müharibəsindən sonra yaranmış yeni dövrdə Türk dünyasını təmsil edən gənclərin fəaliyyəti kordinasiya edilməlidir.

Məsələyə münasibət bildirən Dərələyəz mahalı, Çivə kənd icmasının rəhbəri Möhübbət Səmədoğlu Tural Məmmədov kimi intellektual gənclərin Avropada bizi təmsil etməsini alqışladığını bildirmişdir.

Qeyd edək ki, Tural Məmmədov əslən Qərbi Azərbaycanın Dərələyəz mahalının Çivə kəndindəndir. Onun ailə üzvləri Qərbi Azərbaycandan deportasiyaya məruz qalmışdır.