Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir
Son 19 ildə iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə artıran Azərbaycanda bu dövr ərzində əhatəli sosial siyasət həyata keçirilib. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq respublikamızda vətəndaşların rifah halının davamlı olaraq yaxşılaşdırılmasına, gəlir imkanlarının artırılmasına, onlara göstərilən xidmətlərin əlçatanlığının təmin olunmasına yönələn müxtəlif tədbirlər həyata keçirilir.
Azərbaycan xalqı 15 oktyabr 2003-cü ildə cənab İlham Əliyevi Prezident seçməklə ölkədə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi qərarını yekdilliklə vermiş oldu. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
Prezident İlham Əliyev Ulu Öndərin irəli sürdüyü inkişaf strategiyasını ötən 19 ildə inamla davam etdirməklə yanaşı, eyni zamanda da yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına nail olmuşdur. Başqa sözlə, dövlət başçısı keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini təmin etmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı balanslaşdırılmış praqmatik xarici siyasət sayəsində bu gün ölkəmiz dünyanın nüfuzlu söz sahibi olan dövlətlərindən birinə çevrilmişdir. O cümlədən hazırda regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr yalnız Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Azərbaycan müstəqil xarici siyasət həyata keçirən suveren dövlət kimi etibarlı və arzuolunan strateji tərəfdaş kimi tanınır.
Otuz il həsrətində olduğumuz torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz sayəsində erməni işğalından azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik.
Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.
Dövlət başçısı Azərbaycanın milli maraqlarını müdafiə etməyin nümunəsini ortaya qoyur. Beynəlxalq auditoriya dövlət başçısı İlham Əliyevin müsahibələrinin, çıxışlarının fonunda təcrübəli, fikirlərini yüksək səviyyədə, məntiqi ardıcıllıqla çatdıran və izah edən, özünə güvənli, dünya səviyyəli Lideri görür. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır.
Aytən Məmmədli
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi