08 Sentyabr 2024

Qazaxıstanda Türkiyədə zəlzələdən zərər çəkənlər üçün 10 milyon dollar ianə toplanıb

Türkiyədə zəlzələdən zərər çəkənlər üçün Qazaxıstanda toplanan ianələr 10 milyon dollara çatıb.

Türkiyənin Astanadakı səfirliyindən verilən açıqlamada təkcə qazaxıstanlı iş adamı Bulat Utemuratovun fondundan xeyriyyə hesabına 5 milyon dollar ianənin köçürüldüyü bildirilib.

 “Bu gün Qazaxıstandakı fondun hesabına 5 milyon ABŞ dolları köçürən Utemuratov fonduna minnətdarıq. Beləliklə, Qazaxıstandan AFAD-a edilən ianələrin ümumi məbləği 10 milyon dollara yaxınlaşıb”, – deyə məlumatda bildirilib.

Mənbə: TRT