14 Mart 2025

Qazaxıstan hökuməti rus dilini sıxışdırır – şok qərar

Qazaxıstan hökuməti hələ xeyli öncədən söz vermişdi ki, məktəblilər birinci sinifdə rus dilini öyrənməyəcəklər.

Bu barədə zakon.kz xəbər verir. Qazaxıstanın təhsil naziri Asxat Ayagambetov bildirib ki, bundan sonra birinci sinif şagirdləri yalnız qazax dilini öyrənəcəklər.

“İkinci sinifdən rus dilinin ayrıca fənn kimi tədrisinə başlanılacaq, üçüncü sinifdən isə bütün məktəblər üçün ingilis dili öyrəniləcək”.