Qarabağda turizm layihələri ilə bağlı MƏLUMAT

Qarabağda turizmlə bağlı bir çox layihələr və işlər planlaşdırılır.
Media1.az Musavat.com-a istinadən bildirir ki, bu barədə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, layihə və planları həyata keçirmək üçün ilk növbədə Qarabağda infrastruktur qurulmalıdır:
“Hazırda orada aeroport, yollar tikilib və tikilməkdə davam edir. Əminəm ki, bizim layihələrə də növbə çatacaq. Əsas məsələ odur ki, hökumətin ümumi siyasətində Qarabağda turizm də mühüm rol oynayır”.