Qarabağda erməni əsgəri öldü

Qarabağdakı qanunsuz silahlı birləşmələrin əsgəri ölüb.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, 5 dekabr, saat 21.20 radələrində Qor Eduardoviç Martirosyan aldığı güllə yarasından keçinib. Hadisə Rusiya sülhməramlıların müvəqqəti təsir zonasında olan erməni postlarının birində baş verib.
Son vaxtlar erməni silahlıları arasında silahla ehtiyatsız davranma və intihar halları artıb.
Media1.az