22 Dekabr 2024

Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb

14 oktyabr 2022-ci il tarixində Cənab Prezident İlham Əliyev Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak etmişdir. Cənab Prezidentin geniş məzmunlu çıxışını dinlədik. Çıxışı zamanı Preziden bir çox məsəllər haqqında danışdı. Ermənistanın Azərbaycan dövlətinə qarşı apardığı təxribatlar və bəzi ölkələrin ermənilərə dəstək verməsi həqiqətən başa düşülən olmadığını bildirdi. Prezidentin hər zaman oldu kimi beynəlxalq arenada Azərbaycan Respublikasının həqiqətlərini ifadə etməsinin daha bir nümunəsi kimi çıxışı tarixə düşmüşdür.

Bildiyimiz kimi Cənab Prezidentin Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında etdiyi çıxış çox geniş ictimai müzakirəyə səbəb oldu. Hələ 28 il əvvəl yaradılmış Minsk Qurupunun Qarabağ probleminin həlli üçün heç bir əməli tədbir görə bilməməsi, faktiki fəaliyyətsizliyi açıq qeyd edildi. Bu qurumun yaranmasında məqsəd Qarabağ problemini sülh yolu ilə həll edilməsi idi. Tədbirdə Cənab Prezident Minsk qrupunun ümidləri doğrultmadığını və heç bir iş görmədiyini iştirakçıların diqqətinə çatdırdı.

Mənfur düşmənlərimiz, Ermənistan torpaqlarımızı işğal altında saxladığı uzun bir zaman ərazində bu ərazilərdə bir milyondan çox mina bastırdığı ehtimal olunur. Ermənistanın mina siyasətinin nəticəsində İkinci Qarabağ Müharibəsinin başa çatmasından keçən iki il ərzində 250 dən çox Azərbaycan Respublikasının vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Bir şeyi də nəzərə alsaq ki, müharibədən sonrakı zamanlarda da ərazilərdə minaların bastırılması haqqında dəqiq, konkret faktlar var. Bu faktlar bir daha deməyə əsas verir ki, Ermənistan açıq terror siyasəti aparmaqda davam edir.

Dövlətimiz hər zaman sülh tərəfdarı olub. Lakin mənfur düşmənlərimiz sülh prosesinə müxtəlif yollarlar, müxtəlif təxribatlarla mane olur, süni əngəllər yaradırlar. Bütün bunlara rəğmən Azərbaycan Prezidenti ölkəmizin sülh tərəfdarı olduğunu bəyan edir və qarşı tərəfdən yaradılan müxtəlif təxribatlara sülh prosesinə əngəl olmaqdan əl çəkmədiyini görürük. İnanırıq ki,Cənab Prezidentin uğurla siyasət nəticəsində biz məqsədimizə nail olacağıq.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı