Putin Zaporojye və Xersonu müstəqil ərazilər kimi tanıdı – FƏRMAN
Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin müstəqil ərazilər kimi tanınması haqqında fərman imzalayıb.
Media1.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Fərmanlar hüquqi məlumatların internet portalına yerləşdirilib.
Daha əvvəl Rusiya Federasiyası Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına daxil olmasına dair sazişlər sentyabrın 30-da Moskva vaxtı ilə saat 15:00-da (Bakı vaxtilə 16:00) Böyük Kreml Sarayının Georgi zalında imzalanacaq.