22 Dekabr 2024

Putin fərman imzaladı- Moskvada yüksək hazırlıq səviyyəsi elan edildi

Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Federal Dairədə, o cümlədən Moskvada yüksək hazırlıq səviyyəsinin tətbiq edilməsi haqqında fərman imzalayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, fərman əsasında ictimai asayişin qorunması və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və onların texniki baxışının həyata keçirilməsi gücləndiriləcək.

Kremlin saytında yerləşdirilən məlumata əsasən, Putin Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrində orta səviyyəli reaksiya səviyyəsinin, Mərkəzi və Cənub Federal Dairələrinin digər bölgələrində yüksək hazırlıq səviyyəsinin tətbiq edilməsi haqqında fərman imzalayıb.
Orta səviyyəli reaksiya səviyyəsi Krım, Krasnodar diyarı, Belqorod, Bryansk, Voronej, Kursk, Rostov vilayətləri və Sevastopola aiddir.