Publisist yazar, jurnalist Şöhrət Eyvazov gənclərə peşə fəaliyyəti barədə təlim verib.

Aprelin 28-də jurnalist , publisist yazar Şöhrət Eyvazovla Bərdə rayon Heydər Əliyev Mərkəzində Bərdə Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə gənclərlə görüş təşkil edilib.
Söhbəti açan Bərdə Karyera və İnkişaf Mərkəzinin direktoru Şəmsiyyə Abbaszadə publisist yazar jurnalisti qonaqlara təqdim edib. Qarabağ müharibəsində Şöhrət Eyvazovun fəaliyyətindən danışıb. Jurnalistika barədə gənclər üçün həyat təcrübəsi və peşəkarlığın sirlərini bölüşməyi xahiş edib.
Jurnalist Şöhrət Eyvazov peşə fəaliyyətinə başlamağına dair iştirakçılara maraqlı məlumatlar verib. Jurnalist peşəsinin özəlliklərindən danışıb.
Sonda iştirakçıların sualları cavablandırılıb. Maraqlı sullara görə gənclərə jurnalistin kitabları hədiyyə edilib.


