Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Rüstəm İbrahimbəyovun vida mərasiminə əklil göndərib

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vida mərasiminə əklil göndərib.
media1.az xəbər verir ki, əklil dəfn zamanı mərhumun məzarı önünə qoyulacaq.
Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-i Vətənə gətirilib.