23 İyun 2025

Prezident Raquf Orucovun xanımını təltif etdi – FOTOLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup xanımı “Tərəqqi” medalı ilə təltif edib.

“Qafqazinfo”nun məlumatına görə, təltif olunanlar arasında Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə də var.

Qeyd edək ki, S.Alızadə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədridir. O, eyni zamanda Vəkillər Kollegiyasının üzvüdür.

Raquf Orucovla Sevinc Alızadənin 2 övladı var.

Prezident Raquf Orucovun xanımını təltif etdi - FOTOLAR
Prezident Raquf Orucovun xanımını təltif etdi - FOTOLAR
Prezident Raquf Orucovun xanımını təltif etdi - FOTOLAR
Prezident Raquf Orucovun xanımını təltif etdi - FOTOLAR