23 Dekabr 2024

PREZİDENT: “MƏNƏ VERİLƏN TÜRK DÜNYASININ ALİ ORDENİ AZƏRBAYCAN XALQINA VERİLMİŞ ORDENDİR”

Türk Dünyasının Ali Ordenini aldığım üçün böyük qürur hissi duyuram. Eyni zamanda özümü çox böyük bir məsuliyyət altında hiss edirəm”.

Bunu bu gün Azərbaycan Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə bildirib.

Azərbaycan dövlət başçısı:

“Bu gün Zəngilanın Ağalı kəndindəki rəsmi mərasim tarixdə qalacaq”.

Ali Ordenə layiq görülməsindən eyni zamanda xoşbəxtlik hissləri keçirdiyini qeyd edən Prezident İlham Əliyev deyib ki, Türk Şurası dövlət başçıları Türkiyə Prezidentinin təşəbbüsü ilə onu bu Ali Ordenə layiq görüb:

“Bu ordenin mənə verilməsi Qarabağın qurtuluş savaşının sonunda baş tutdu. Türk dövlətlərinin bunu bu şəkildə qəbul etməsinə və məni bu ordenə layiq gördüklərinə görə öz adıma və bütün Azərbaycan xalqı adına böyük qürur hissi keçirirəm.

Bu, Azərbaycan xalqına verilmiş bir ordendir. Çünki İkinci Qarabağ müharibəsində həqiqətən çox mühüm səylər göstərdik. Bu Ordeni sevgili qardaşım Rəcəb Tayyib Ərdoğandan almağım xüsusilə önəmlidir. Müharibənin ilk günündən son gününə qədər onun bizə göstərdiyi dəstəyi hər an hiss etdik. Həqiqətən də bu dəstək bizə güc verdi, bizi ruhlandırdı, çünki əziz qardaşım Azərbaycanın dünyada tək olmadığını və Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını göstərdi. Biz böyük bir zəfərlə vəzifəmizi yerimə yetirə bildik”.